Argentinada üçgünlük matəm elan olundu - Maradonanın vəfatı ilə bağlı
Tarix: 25-11-2020 21:46 | Bölmə: İdman
Argentinada üçgünlük matəm elan olundu - Maradonanın vəfatı ilə bağlı

Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

"Dieqo Armando Maradonanın ölümü ilə əlaqədar ölkə prezidenti bü gündən üçgünlük matəm elan edəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, Maradona bu gün 60 yaşda ürək tutmasından ölüb.

Maradona "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Arqentina milli komandasına başçılıq edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}