Mövsümün azarkeşlərlə keçiriləcək ilk oyunu müəyyənləşib
Tarix: 26-11-2020 23:25 | Bölmə: İdman
Mövsümün azarkeşlərlə keçiriləcək ilk oyunu müəyyənləşib

İngiltərə Premyer Liqasında cari mövsümün azarkeşlərlə keçiriləcək ilk oyunu müəyyənləşib.

Reyting.az
Apasport-a istinadla xəbər verir ki, turnirin təşkilatçıları martdan bəri ilk matçın dekabrın 5-də baş tutmasına qərar verib.

Həmin gün “Vest Hem” Londonda “Mançester Yunayted”i qəbul edəcək. Premyer Liqa rəhbərliyi ilk olaraq məhz bu iki komandanın duelində 2000-ə yaxın fanatın tribunalara buraxılması barədə qərar verib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martdan bəri Premyer Liqa oyunları boş tribunalar önündə keçirilir. Dekabrdan etibarən isə Liverpul və Londondakı qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}