Avropa Gənclər Qış Olimpiya Festivalı yenə təxirə salınıb
Tarix: 21-04-2021 15:26 | Bölmə: İdman
Avropa Gənclər Qış Olimpiya Festivalı yenə təxirə salınıb

2021-cü ildə Finlandiyanın Vuokatti şəhərində keçirilməsi planlaşdırılan XV Avropa Gənclər Qış Olimpiya Festivalı növbəti dəfə təxirə salınıb.

Avropa Olimpiya Komitələrinin rəsmi saytı xəbər verir ki, yarış 2022-ci ildə təşkil olunacaq.

Qərar iştirakçıların təhlükəsizliyini və dünyanın ən yaxşı idmançılarının yarışa qatılmalarını təmin etməkdən ötrü çıxarılıb. Yarış ötən il də eyni səbəbdən baş tutmamışdı/Report.

Qeyd edək ki, daha əvvəl XVI Avropa Gənclər Yay Olimpiya Festivalı təxirə salınıb. Festival bu il Slovakiyanın Banska-Bistritsaya şəhərində keçirilməli idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}