18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyada futbolçular referiyə hücum edərək xəsarət yetiriblər
Tarix: 10-09-2021 09:58 | Bölmə: İdman
Rusiyada futbolçular referiyə hücum edərək xəsarət yetiriblər

Rusiyanın İrkutsk vilayətində həvəskar futbol komandaları arasında keçirilən açıq çempionatda insident baş verib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, "Viktoriya" - "Paxtakor" matçında meydan sahiblərinin iki futbolçusu Bobomurod Allanazarov və Dilmurod Kaplanov görüşün baş hakimi Anton Rjenyevə fiziki təzyiq göstərib.

Matçın 85-ci dəqiqəsində əvvəlcə Allanazarov referiyə hücum çəkib. Ardınca isə Kaplanov davaya qarışıb, Rjenyevin baş və mədə nahiyyəsinə bir neçə zərbə endirib.

Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.

İrkutsk Futbol Federasiyası isə hər iki futbolçunu 3 il müddətinə diskvalifikasiya edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər