Çempionlar Liqası: "Mançester Yunayted" uduzub, "Sevilya" isə bir xalq qazanıb
Tarix: 14-09-2021 23:01 | Bölmə: İdman
Çempionlar Liqası: "Mançester Yunayted" uduzub, "Sevilya" isə bir xalq qazanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

Reyting.az
xəbər verir ki, İspaniyada "Sevilya" Avstriya "Zaltsburq"u ilə heç-heçə edib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}