"Qarabağ"ın legioneri əməliyyat olunacaq
Tarix: 17-09-2021 14:45 | Bölmə: İdman
"Qarabağ"ın legioneri əməliyyat olunacaq

Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçinin ön çarpaz bağlarından xəsarət alıb.

Abbaszadə, 31 yaşlı oyunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}