Türkiyə millisinin məşqçisi alman olacaq
Tarix: 17-09-2021 17:54 | Bölmə: İdman
Türkiyə millisinin məşqçisi alman olacaq

Almaniya Futbol İttifaqı (DFB) 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Ştefan Kuntsun Türkiyə millisinin sükanı arxasına keçməsinə şərait yaradacaq.

Reyting.az
xəbər verir ki, 59 yaşlı mütəxəssis Türkiyə Futbol İttifaqı ilə anlaşacağı halda müqaviləsinə xitam veriləcək.

Bildirilib ki, DFB U-21 yığmasındakı uğurlu fəaliyyəti və TFF ilə xüsusi əlaqələrə görə Kuntsun karyerasında növbəti addımına mane olmaq istəmir: "Bu, həm də Almaniya və Türkiyə futbolu arasındakı dostluğun ifadəsidir"/Report.

Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş sentyabrın 10-da istefaya göndərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}