18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyə millisinin baş məşqçisi: "İşin böyük hissəsi bundan sonra başlayır"
Tarix: 20-09-2021 16:26 | Bölmə: İdman
Türkiyə millisinin baş məşqçisi: "İşin böyük hissəsi bundan sonra başlayır"

"Sürətli şəkildə DÇ-2022-nin seçmə mərhələsində Norveçlə oyuna hazırlaşacağıq, futbola xüsusi diqqət yetirəcəyik".

Bu fikirləri Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts təqdimat mərasimində deyib.

59 yaşlı mütəxəssis ilk olaraq Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".

Qeyd edək ki, TFF almaniyalı baş məşqçi ilə 3 illik müqavilə imzalayıb/Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər