Messi zədələnib
Tarix: 21-09-2021 16:06 | Bölmə: İdman
Messi zədələnib

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb.

Məlumata görə, Liqa-1-in VI turunda "Lion"a 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnən 34 yaşlı hücumçu tibbi müayinədən keçib.

Klub argentinalı oyunçunun sol dizindən xəsarət aldığını təsdiqləyib. O, 48 saatdan sonra yenidən tibbi müayinədən keçəcək.

Qeyd edək ki, "Lion"la görüşün start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənib. Əvəzlənməsindən narazı qalan forvard baş məşqçi Maurisio Poçettinonun əlini sıxmaqdan imtina edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}