18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda "Peşəkar hakim" statusu alanların adları açıqlanıb
Tarix: 22-09-2021 12:38 | Bölmə: İdman
Azərbaycanda "Peşəkar hakim" statusu alanların adları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında idarəçilik edən 10 referi və 15 referi köməkçisinə "Peşəkar hakim" statusu verilib.

Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məlumat verib.

Avstriyalı funksionerin sözlərinə görə, həmin hakimlərlə müddəti avtomatik uzadılmaq şərtilə 1 illik rəsmi müqavilə imzalanıb: "1 ildən sonra sözləşmə yenilənməyə də bilər. Hətta il ərzində müəyyən olunmuş tələblər yerinə yetirilməsə, müqavilənin pozulması da mümkündür".

"Peşəkar hakim" statusu almış ədalət təmsilçilərinin siyahısı:

Referilər: 1. Əliyar Ağayev, 2. Elçin Məsiyev, 3. Rauf Cabbarov, 4. Kamal Umudlu, 5. Rəşad Əhmədov, 6. Rauf Allahverdiyev, 7. İnqilab Məmmədov, 8. Vüqar Həsənli, 9. Rəvan Həmzəzadə, 10. Səbuhi Bayramov

Referi köməkçiləri: 1. Elşad Abdullayev, 2. Pərvin Talıbov, 3. Cavanşir Yusifov, 4. Kamran Bayramov, 5. Nahid Əliyev, 6. Rəhman İmami, 7. Müslüm Əliyev, 8. Vüsal Məmmədov, 9. Rahil Ramazanov, 10. Namiq Hüseynov, 11. Zeynal Zeynalov, 12. Akif Əmirəli, 13. Eyyub İbrahimov, 14. Cəmil Quliyev, 15. Fərid Hacıyev

Qeyd edək ki, "Peşəkar hakim" statusuna malik olan hakimlərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1 000 manat, referi köməkçilərinə isə 700 manat məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər