"Qalatasaray" böyük hesabla məğlub, "Yuventus" qalib olub
Tarix: 23-09-2021 08:34 | Bölmə: İdman
"Qalatasaray" böyük hesabla məğlub, "Yuventus" qalib olub

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.

Reyting.az
xəbər verir ki, növbəti oyun günündə 3 qarşılaşma olub.

"Başakşəhər” “Qaziantep”in müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub. “Qalatasaray” isə “Kayserispor”la səfər oyununda böyük hesablı məğlubiyyətlə üzləşib. “Göztəpə” də “Hatayspor”la ev oyunundan məğlub ayrılıb.

22 sentyabr

"Qaziantep" – "Başakşəhər" - 1:0
Qol: M.Dəmir, 1.

"Kayserispor" – "Qalatasaray" - 3:0
Qol: Tiam, 39; 53-pen. Bassan, 45.

"Göztəpə" – "Hatayspor" - 0:2
Qol: Diuf, 35; 78.

Türnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. "Hatayspor" və "Trabzonspor" 13 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. "Qalatasaray" isə 8 xalla 11-cidir.

***

İtaliya A seriyasında da 5-ci turun oyunları davam edir.

“Yuventus” “Spetsiya” səfərinə yollanıb.

Beş qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi ilk qələbəsini rəsmiləşdirib. “Milan” isə doğma meydanda “Venetsiya”nı iki cavabsız qolla üstələyib. “Salernitana”-“Verona” oyununda qalib müəyyənləşməyib. “Kalyari”-“Empoli” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

22 sentyabr

İtaliya A seriyası, 5-ci tur

"Salernitana" – "Verona" -2:2
Qol: Qondo, 45+2. Kulibali, 76 – Kaliniç, 7; 29.

Spetsiya – Yuventus 2:3
Qol: Qyasi, 33. Antiste, 49 – M.Kin, 28. Kyeza, 66. De Liqt, 72.

"Kalyari" – "Empoli" - 0:2
Qol: Di Françesko, 29. Stulaç, 69.

"Milan" – "Venetsiya" - 2:0
Qol: B.Dias, 68. T.Hernandes, 82.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "İnter" başçılıq edir. "Milan" eyni xalla 2-ci, "Napoli" 12 xalla 3-cüdür.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}