"Barselona" türk futbolçunu heyətinə qatıb
Tarix: 23-09-2021 19:24 | Bölmə: İdman
"Barselona" türk futbolçunu heyətinə qatıb

İspaniya "Barselona"sı Türkiyənin "Kayserispor" komandasının futbolçusu Emre Demiri heyətinə qatıb.

 Kataloniya təmsilçisinin rəsmi saytı xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Türkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyən "Barselona" futbolçuya 400 000 000 avro qiymət qoyub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}