07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanın daha bir futbolçusu Polşada çıxış edəcək
Tarix: 24-09-2021 12:59 | Bölmə: İdman
Azərbaycanın daha bir futbolçusu Polşada çıxış edəcək

b]Azərbaycanın daha bir futbolçusu Elvin Bayramov karyerasını Polşada davam etdirəcək.[/b]

"Nowiny24" nəşri xəbər verir ki, 23 yaşlı müdafiəçi "JKS Yaroslav" klubuna keçib.

Bayramovla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Elvin Bayramov Azərbaycanın U-21, U-18 və U-17 yığmalarının formasını geyinib. O "Qəbələ" və "Sumqayıt" klublarının şərəfini qoruyub.

"JKS Yaroslav" Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk Plotsk "Visla"sında, Mahir Emreli isə "Legiya"da çıxış edir. Bundan əlavə, Fuad Bayramov II liqada "Ostroveç-Şventokşiski"nin uğurları üçün çalışır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}