18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Qarabağ"ın rəqibində koronavirusa yoluxma halları aşkarlanıb
Tarix: 24-09-2021 16:32 | Bölmə: İdman
"Qarabağ"ın rəqibində koronavirusa yoluxma halları aşkarlanıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan "Kayrat"ının 2 futbolçusunda koronavirus aşkarlanıb.

Məlumata görə, Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevdən götürülmüş analiz nəticələri müsbət çıxıb. Qazaxıstanın U-21 yığmasının düşərgəsində infeksiyaya yoluxan hər iki oyunçu karantinə alınıb.

Onlar Karaqanda "Şaxtyor"u və "Akjayik"lə çempionat oyunlarını, həmçinin İsveçrə "Bazel"i ilə isə Konfrans Liqasının qrup matçını buraxacaqlar.

Qeyd edək ki, "Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıya səfər edəcək/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər