Türk klubu Azərbaycan millisinin futbolçusu ilə müqaviləyə xitam verəcək
Tarix: 16-05-2022 18:03 | Bölmə: İdman
Türk klubu Azərbaycan millisinin futbolçusu ilə müqaviləyə xitam verəcək

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək.

Bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.

Funksioner bildirib ki, komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlar: "Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}