Dünya çempionatı: daha 2 qrupda mübarizə başlayır
Tarix: 22-11-2022 10:53 | Bölmə: İdman
Dünya çempionatı: daha 2 qrupda mübarizə başlayır

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında iştirak edən komandalar bu gün daha 2 qrupda mübarizə aparacaqlar.

Reyting.az
xəbər verir ki, günün ilk qarşılaşması C qrupunda olacaq. Mundialın favoritlərindən hesab edilən Argentina millisi Səudiyyə Ərəbistanının komandası ilə qarşılaşacaq. Bu qrupun digər oyununda Meksika yığması Polşa komandası ilə mübarizə aparacaq.

D qrupunda Danimarka seçməsi Tunis, Fransa isə Avstraliya komandaları ilə mübarizə aparmalı olacaqlar.

Dünya çempionatı
22 noyabr

C qrupu


14:00. Argentina - Səudiyyə Ərəbistanı
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu

20:00. Meksika – Polşa
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974"

D qrupu

17:00. Danimarka – Tunis

Baş hakim: Sesar Arturo Ramos
"Edyukeyşn Siti" stadionu

23:00. Fransa – Avstraliya

Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)
"Əl-Canub" stadionu




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}