DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub - Yenilənir
Tarix: 22-11-2022 16:07 | Bölmə: İdman
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu baş tutub.

Reyting.az
xəbər verir ki, qarşılaşma saat 14:00-da start götürüb.

Oyunun 2-ci dəqiqəsində Messi hesabı açmağa yaxın olub. Qapıçı onun zərbəsini çətinliklə dəf edib.

8-ci dəqiqədə isə VAR hakiminin xəbərdarlığı ilə Argentina penalti qazanıb.

Messi penaltini dəqiq yerinə yetirib - 1:0

İlk hissədə Argentina millisinin vurduğu daha 3 qol ofsayd səbəbindən qeydə alınmayıb.

İkinci hissənin 47-ci dəqiqəsində isə Səudiyyə millisi hesaba tarazlıq gətirib - 1:1

52-ci dəqiqədə Səudiyyə millisi daha bir gözəl qolla hesabdakı fərqi artırıb - 1:2

Oyun bu hesabla başa çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}