16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Səbail" və "Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 finalna yüksəlib
Tarix: 22-11-2022 16:09 | Bölmə: İdman
"Səbail" və "Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 finalna yüksəlib

"Səbail" və "Turan Tovuz" komandaları futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıblar.

Məlumata görə, paytaxt təmsilçisi 1/8 finalda MOİK-i 4:0 hesabı ilə məğlub edib. "Dənizçilər"in qollarını 18-ci dəqiqədə Franko Mazurek, 30-cu dəqiqədə Ədilxan Qarəhmədov, 75-ci dəqiqədə Mirabdulla Abbasov və 90-cı dəqiqədə Maksim Çex vurub.

Tovuz təmsilçisi isə "Şamaxı"nı minimal hesabla yenib - 1:0. 68-ci dəqiqədə Natan Oduva fərqlənib.

"Səbail" növbəti raundda "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə, "Turan Tovuz" isə "Kəpəz" - "Sumqayıt" duelinin güclüsü ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}