Azərbaycan Kuboku: "Zirə" və "Kəpəz" 1/4 finala yüksəlib
Tarix: 23-11-2022 16:01 | Bölmə: İdman
Azərbaycan Kuboku:  "Zirə" və "Kəpəz" 1/4 finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan daha iki komanda bəlli olub.

Reyting.az
xəbər verir ki, "Zirə" və "Kəpəz" növbəti raunda yüksəliblər.

Paytaxt təmsilçisi 1/8 finalda "Mingəçevir"i məğlub edib - 2:0. Qolları 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub. "Qartallar" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

"Kəpəz" isə "Sumqayıt"a qalib gəlib - 1:0. 9-cu dəqiqədə Mixeil Erqemlidze fərqlənib. Gəncə klubu 1/4 finalda "Turan Tovuz"la görüşəcək.

Qeyd edək ki, günün və mərhələnin sonuncu matçında "Sabah" "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. 1/8 finalın ilk oyunlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0, "Qəbələ" isə "Araz Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}