DÇ-2022: Niderlandla Ekvador heç-heçə edib
Tarix: 25-11-2022 22:54 | Bölmə: İdman
DÇ-2022: Niderlandla Ekvador heç-heçə edib

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

Reyting.az
xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib və oyun heç-heçə başa çatıb - 1:1.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. Bu nəticədən sonra ev sahiblərinin qrupda qalması dəqiqləşib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}