Böyük Qayıdış futbol çempionatında yarımfinalçılar müəyyənləşib - Fotolar
Tarix: 27-11-2022 20:47 | Bölmə: İdman
Böyük Qayıdış futbol çempionatında yarımfinalçılar müəyyənləşib

Böyük Qayıdış futbol çempionatı layıhəsındə 11 komandanın iştirakı ilə sonuncu mərhələ oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, oyunların keçirilməsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə qurulmuş layihə üçün nəzərdə tutulan futbol meydançasında Qayıdış qəsəbə məktəbləri, Mahmudlu-1 kənd tam orta məktəbi ilə yanaşı UGİŞM-nin 2 komandası da mübarizə aparıb.

Oyunların sonunda UGİŞM-nin 1 komandası, Qayıdış qəsəbəsinin 6 və 7 saylı məktəbləri yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Onu da qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalibi olan Füzuli rayon Qayıdış qəsəbə 6 saylı tam orta məktəbin müəllimi Mirdamət Quliyevin layihəsidir.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}