Bu gün Premyer Liqada XV tur yekunlaşır
Tarix: 29-11-2022 09:25 | Bölmə: İdman
Bu gün Premyer Liqada XV tur yekunlaşır

Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Reyting.az
-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.

Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.

Azərbaycan Premyer Liqası, XV tur

29 noyabr


14:00. “Turan Tovuz” – “Sabah”


Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Orxan Məmmədov

Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}