Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb
Tarix: 29-11-2022 13:56 | Bölmə: İdman
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə bəlli olub.

Avropa futbol qurumunun rəsmi saytı xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.

Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək.

Püşkatma mərasimi yanvarda baş tutacaq. "Dördlər finalı"nda A Liqasında qrup qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}