"Qalatasaray"dan ayrılan futbolçu Superliqada qalıb
Tarix: 30-11-2022 11:46 | Bölmə: İdman
"Qalatasaray"dan ayrılan futbolçu Superliqada qalıb

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Reyting.az
xəbər verir ki, Superliqa təmsilçisi Əlcəzair millisinin və "Qalatasaray"ın sabiq üzvü Sofian Fequlini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik 32 yaşlı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. Müqavilə 2023-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Fequli bu ilin iyul ayında "Qalatasaray"dan ayrılmışdı. Təcrübəli vinger “Valensiya”, “Qrenobl”, “Vest Hem” və “Almeriya”nın da formasını geyinib. O, Əlcəzair yığmasında 76 oyuna 20 qol vurub.(Qol.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}