FIFA futbol federasiyasını cərimələyib
Tarix: 02-12-2022 09:46 | Bölmə: İdman
FIFA futbol federasiyasını cərimələyib

FIFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını 10 min İsveçrə frankı məbləğində cərimələyib.

Reyting.az
xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb.

Məlumata görə, cərimələnməyə səbəb Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozmasıdır.

Yığmanın oyunçularından heç biri Ekvadora 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur matçından əvvəl mətbuat konfransına qatılmayıb.

Qeyd edək ki, A qrupunu 6 xalla ikinci sırada başa vuran Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}