DÇ-2022: Cənubi Koreya və Portuqaliya 1/8 finala yüksəlib
Tarix: 02-12-2022 21:05 | Bölmə: İdman
DÇ-2022: Cənubi Koreya və Portuqaliya 1/8 finala yüksəlib

Bu gün dünya çempionatında H qrupunda Cənubi Koreya Portuqaliya ilə, Qana isə Uruqvayla qarşılaşıb.

Reyting.az
xəbər verir ki, Cənubi Koreya-Portuqaliya oyunun 5-ci dəqiqəsində Rikardo Ortanın portuqalları önə çıxarıb.

27-ci dəqiqədə isə koreyalılar hesaba tarazlıq gətirib - 1:1

90+1-də Koreyalılar daha bir qola imza atıb - 2:1.

Oyun bu hesabla bitib. Bu nəticədən sonra 6 xala sahiblənən Portuqaliya lider kmi 1/8-ə çıxıb.

C.Koreya 2-ci kimi növbəti mərhələyə çıxıb.

Qana - Uruqvay oyununda isə uruqvaylılar ilk hissədə 2 qolla öndə olsa da, bu hesab onlara 1/8-ə vəsiqə üçün yetməyib.

Beləlİklə, 4 xalla Uruqvay və 3 xalla Qana yarışa vida ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}