16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qarabağ” “Neftçi”ni darmadağın edib
Tarix: 03-12-2022 00:33 | Bölmə: İdman
“Qarabağ” “Neftçi”ni darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edib.

Reyting.az
xəbər verir ki, “Bakcell Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:0 hesablı qələbəsi ilə bitib. Ağdam təmsilçisinin qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə isə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq, dubl edib.

Xallarının sayını 44-ə çatdıran “Qarabağ” birinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 32 xalla üçüncü sıradadır.

Qeyd edək ki, XVI turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt”, “Zirə” – “Turan Tovuz” görüşləri dekabrın 4-də olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}