DÇ-2022: Braziliya və İsveçrə 1/8-ə yüksəlib
Tarix: 03-12-2022 01:00 | Bölmə: İdman
DÇ-2022: Braziliya və İsveçrə 1/8-ə yüksəlib

Bu gün dünya çempionatının G qrupunda Kamerun - Braziliya və Serbiya -İsveçrə yığmaları üz-üzə gəliblər.

Reyting.az
xəbər verir ki, qrup lideri Brazilya ilə Kamerun arasında gedən oyunda 90+2-ci dəqiqədə Kamerun hesab açıb.

Oyun bu hesabla başa çatıb və oyundakı yeganə qol Kameruna fayda verməyib.

Qrupun digər oyununda isə isveçrəlilər Serbiyaya qalib gəlib - 3:2.

Bu hesablardan sonra Brazilya və İsveçrə 1/8-ə çıxıb.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub