14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Qalatasaray”ın qapıçısına intizam işi açılıb
Tarix: 06-12-2022 14:40 | Bölmə: İdman
"Qalatasaray”ın qapıçısına intizam işi açılıb

FIFA Uruqvay yığmasının və “Qalatasaray”ın futbolçusu Fernando Musleraya qarşı intizam işi açıb.

Buna səbəb 36 yaşlı qapıçının Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qanaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonrakı intizamsız davranışları olub.

Muslera ilə yanaşı, komanda yoldaşları Dieqo Qodin, Xose Maria Ximenes və Edinson Kavani ilə bağlı da iş açılıb. Qodin intizamsız hərəkətə yol verdiyi, Ximenes FIFA nümayəndəsi Kolin Smiti dirsəyi ilə vurduğu, Kavani isə VAR monitorunu sındırdığı üçün sanksiya ilə üzləşə bilər.

Qeyd edək ki, DÇ-2022-nin H qrupunda 4 xal toplayan Uruqvay millisi üçüncü yeri tutaraq, turnirlə vidalaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}