17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İspaniya millisinin baş məşqçisi: "Bağışlayın"
Tarix: 07-12-2022 00:41 | Bölmə: İdman
İspaniya millisinin baş məşqçisi: "Bağışlayın"

İspaniya millisinin baş məşqçisi Luis Enrike Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş yığmasına məğlub olduqları üçün üzr istəyib.

Məlumata görə, 52 yaşlı mütəxəssis yerli telekanallardan birinə müsahibəsində məyus olduqlarını söyləyib.

İspaniyalı baş məşqçi bildirib ki, fanatlar komandanı sonadək dəstəkləsələr də, mundialda mübarizəni dayandırdılar: "Bağışlayın! Bizə görə həyəcanlandınız. Əmin olun ki, meydanda var gücümüzü ortaya qoyduq. İndi bizə yalnız Mərakeşi təbrik etmək qalır".

Qeyd edək ki, görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) Afrika təmsilçisi tarixində ilk dəfə 1/4 finala yüksəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}