“Milan” yeni qapıçı ilə anlaşıb
Tarix: 07-12-2022 17:36 | Bölmə: İdman
“Milan” yeni qapıçı ilə anlaşıb

İtaliyanın “Milan” klubu “Atalanta”nın qapıçısı Marko Sportyello ilə anlaşıb.

Məlumata görə, 30 yaşlı qolkiper ölkə çempionu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

“Atalanta” ilə müqaviləsi 2023-cü ilin iyununa qədər olan Sportyello gələn ay “rossonerilər”lə münasibətləri rəsmiləşdirəcək. Qapıçı mövsümün sonunda yeni komandasına azad agent kimi qoşulacaq. Onun “Milan”da Mik Menyanın əvəzləyicisi olması gözlənilir/Report.

Qeyd edək ki, Marko Sportyello 2013-cü ildən bəri “Atalanta”nın heyətində bütün turnirlərdə 128 oyuna çıxıb, 170 qol buraxıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}