Azərbaycan kubokunda 1/4 final başlayır
Tarix: 08-12-2022 09:51 | Bölmə: İdman
Azərbaycan kubokunda 1/4 final başlayır

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Reyting.az
xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Neftçi"ni qəbul edəcək. Günün son görüşündə "Qəbələ" "Qarabağ"ın qonağı olacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.

8 dekabr (cümə axşamı)


18:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
Zirə İK stadionu

20:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
“Azersun Arena”

9 dekabr (cümə)

14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Gəncə şəhər stadionu

17:00. “Səbail” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}