Milli komandada narazılıq yaranıb
Tarix: 09-12-2022 12:37 | Bölmə: İdman
Milli komandada narazılıq yaranıb

İngiltərə millisinin üzvü Ben Uaytın yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi bəlli olub.

Reyting.az
xəbər verir ki, bu barədə "Daly Star" yazıb.

Bildirilir ki, 25 yaşlı müdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Hollandla yola getməyib.

Məlumata görə, futbolçu komandadakı durumundan narazı olub. Meydana çıxmaq şansı qazanmayan Uayt ABŞ-la oyun öncəsi futbolçuların yanında Hollandla dalaşmağa cəhd edib. Bundan sonra onun millidən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Futbolçu Qətərə qayıtmayacaq.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası Uaytın şəxsi səbəblərə görə İngiltərəyə qayıtdığını açıqlamışdı.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}