20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AFFA bu klubları cərimələyib
Tarix: 09-12-2022 14:55 | Bölmə: İdman
AFFA bu klubları cərimələyib

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.

Reyting.az xəbər verir ki, hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.

"Ağ-qaralar" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək.

"Köhlən atlar" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.

Bundan başqa, “Sabah” – “Şamaxı” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Sabah” klubunun futbolçusu Kristian Sebalyos iki oyunluq cəzalandırılıb. Sözügedən hərəkətə görə, klub isə 1600 manat cərimə edilib.

Həmin matçda “Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev də ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Şamaxı” klubu 1600 manat ziyana düşüb.

XVI turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klub 800 manat cərimələnib.

Sözügedən oyunda “Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat ödəməlidir.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər