İki komandaya texniki məğlubiyyət verilib
Tarix: 28-01-2023 10:18 | Bölmə: İdman
İki komandaya texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın bayrağı altında reallaşmış müxtəlif turnirlərlə bağlı qərarlar qəbul edilib:

AFFA Region Liqasında keçirilən “Ağstafa” - “VT - Gəncə” oyununda “VT - Gəncə” komandası oyuna vaxtında gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında keçirilən “Dirçəliş” - “Şirvanovka” oyununda “Dirçəliş” klubu həkim briqadası və polis təşkil etmədiyinə görə oyun baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” - “Kəpəz” oyununda “Kəpəz”in köməkçi məşqçisi Mustafa Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

AFFA Gənclər Liqasında “Turan Tovuz” -“Qəbələ” İK oyununda “Qəbələ”nin futbolçusu Aqşin Yaqubov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

AFFA Gənclər Liqasında keçirilən “Zirə” - “Sabah” oyununda “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” - “Lion” oyununda “Sumqayıt”ın oyunçusu Ramal Qəmbərov ilə “Lion”nun futbolçusu Hüseyn Hüseynov arasında mübahisə düşdüyünə görə Qəmbərovhər iki futbolçu 5 oyun cəzalandırılıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}