Almaniya Trampın dediklərini təkzib edir
Tarix: 17-07-2025 10:59 | Bölmə: Dünya
Almaniya Trampın dediklərini təkzib edir

Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın ilk “Patriot” sisteminin Almaniyadan Ukraynaya göndərilməsi haqda bəyanatını təkzib edib.

Reyting.az
xəbər verir ki, Almaniyanın hərbi rəsmiləri Almaniya hökumətinin bu cür tədarüklərdən xəbərdar olmadıqlarını bildiriblər.

“Mən bir şeyin hazırda yolda olduğunu təsdiqləyə bilmirəm. Bu barədə heç nə bilmirəm”,- Almaniyanın yüksək çinli hərbçisi deyib.

Qeyd edək ki, Almaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, bazar ertəsi Ramşteynin Ukraynanın dəstəyinə dair virtual iclası keçiriləcək. Görüş zamanı, vasitələrin axtarışı, ən qısa müddətdə “Patriot” sistemlərinin Ukraynaya verilməsi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ukraynaya “Patriot” sistemlərinin göndəriləcəyini bildirib. Onun sözlərinə görə, bu sistemlərin əksəriyyəti döyüş bölgəsində olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər