10 km məsafədə ölüm zonası yaradıblar
Tarix: 17-07-2025 12:21 | Bölmə: Dünya
10 km məsafədə ölüm zonası yaradıblar

Ukraynadakı müharibə səbəbindən pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıb. Çünki bunlar ucuz və ölümcüldür. Eyni zamanda PUA-lar Ukraynanın bu il və gələcəkdə Rusiya ordusunun hücumuna müqavimət göstərə biləcəyinə inanmını artırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” yazıb.

“Ukrayna əsgərləri təmas xəttinin hər iki tərəfində təxminən 10 km məsafəni əhatə edən pilotsuz təyyarələrlə dolu dəhlizi “ölüm zonası” kimi təsvir edir, çünki hər iki tərəfin yerləşdirdiyi uzaqdan idarə olunan PUA-lar hədəfləri tez bir zamanda müəyyən edib zərərsizləşdirə bilirlər”, - məqalədə deyilir.

Xüsusilə, iki ukraynalı komandir “Reuters”ə bildirib ki, müharibənin indiyə qədər görülmüş ən çox pilotsuz təyyarələrlə dolu münaqişəyə çevrilməsi Rusiyanın əsgər sayında, artilleriya və tanklarda ənənəvi üstünlüklərindən istifadə etmək qabiliyyətini sarsıdıb.

Qeyd olunur ki, cəbhəyə yaxın fəaliyyət göstərən istənilən iri texnika indi real hədəfə çevrilir, bu isə o deməkdir ki, rus ordusu artıq 2022-ci ildə olduğu kimi sürətlə irəliləyə bilmir.

“Düşmən sizi tamamilə görür. Hara getməyinizdən və nə sürdüyünüzdən asılı olmayaraq”, - bunu cəbhə xəttində 15 mindən çox Ukrayna hərbi pilotsuz uçuş aparatının ekipajından video lentləri mərkəzləşdirən sistemin yaradıcısı Aleksandr Dmitriyev bildirib.

Ukrayna komandirlərinin dediyi kimi, Rusiya buna görə öz taktikasını uyğunlaşdırıb və onun qoşunları indi beş-altı nəfərdən ibarət kiçik qruplar şəklində - motosikletlərdə və ya kvadrosikllərdə Ukrayna mövqelərini tapmaq üçün hücuma keçir.

Həmçinin prezident Donald Trampın Ukraynaya Avropa tərəfindən ödəniləcək hərbi yardımla bağlı açıqlamaları fonunda ABŞ artıq silah verməsə belə, Ukrayna ordusu Rusiyaya qarşı mübarizəni davam etdirə və müqavimət göstərə biləcək.

Öz növbəsində, dəfələrlə cəbhəyə səfər edən polşalı hərbi ekspert Konrad Muzyka bildirib ki, Ukrayna Rusiya hücumlarının gücünü sarsıtmağa diqqət yetirir. Bununla belə, o vurğulayıb ki, Ukrayna qoşunları hazırda öz hücumlarını həyata keçirmək imkanına malik deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər