Yermak: Yeni sanksiyalar Ukraynada müharibəni dayandıra bilər
Tarix: 17-07-2025 15:26 | Bölmə: Dünya
Yermak: Yeni sanksiyalar Ukraynada müharibəni dayandıra bilər

ABŞ prezidenti Donald Tramp Rusiyadan neft və qaz alan hər kəsə qarşı yeni əhəmiyyətli sanksiyalar tətbiq etmək hədəsini həyata keçirərsə, bu, Ukraynadakı müharibəni “bu ilin sonuna qədər” bitirə bilər.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak vurğulayıb ki, bütün bu müddət ərzində neft qiymətləri Putinə öz döyüş maşınını maliyyələşdirmək imkanı verib.

Ofis rəhbərinin fikrincə, ikinci dərəcəli sanksiyalar təhlükəsi işə yarayacaq, çünki bu, Rusiya neft və qazının iki ən böyük idxalçısı olan Çin və Hindistana Ağ evlə yeni ticarət müharibələrinin qarşısını almaq üçün sövdələşmədə israrlı olmağa təzyiq edəcək.

“Yalnız iqtisadi problemlər Putinə real təzyiq göstərə və onu etirafa vadar edə bilər ki, bu müharibəni davam etdirmək ona çox baha başa gələcək. Putinə çox təzyiq göstərəcəklər və o, çoxlu pul itirəcək. Rusiya neftini alan ölkələr də ona təzyiq edəcəklər”, - deyə o, bu cür sanksiyaların nəticəsini “bu ilin sonuna qədər görəcəyik”,- vurğusunu edib.

Yermak Trampın bu dəfə geri çəkilməyəcəyinə tam əmindir: “O bilir ki, Putin bu müharibəni dayandırmaq istəmir. Və İranla münasibətlərdə güc yolu ilə sülhün nə qədər uğurlu olduğunu bilir. İranla müharibəni belə dayandırıb”.

Yermak, prezident Zelenskinin Trampla güclü şəxsi münasibət qurduğunu vurğulayaraq, iki liderin ilk dəfə Ukraynadakı müharibə haqqında “eyni dildə danışdıqlarını” qeyd edib.

“Prezident Zelenski ilə prezident Tramp arasında son telefon danışığında mən də iştirak etdim. Əla telefon danışığı oldu. Sizə ətraflı deyə bilmərəm, amma deyə bilərəm ki, çox konstruktiv və məhsuldar söhbət alındı”, - o qeyd edib.

Xatırladaq ki, Tramp bildirib ki, ruslar 50 gün ərzində sülh təşəbbüsü ilə razılaşmasalar, Vaşinqton Rusiya Federasiyasından gələn mallara, xüsusən də enerji sektoruna 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər