"Beşiktaş" azarkeşlərindən siyasi şüar: "Hizbullahı parlamentdə istəmirik"
Tarix: 22-05-2023 10:04 | Bölmə: İdman
"Beşiktaş" azarkeşlərindən siyasi şüar: "Hizbullahı parlamentdə istəmirik"

"Beşiktaş"ın son "Adana Dəmirspor"la qarşılaşmasında meydanda siyasi sloqanlar səsləndirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" azarkeşləri 14 mayda AK Partiya siyahısı ilə parlamentə 4 deputatı seçilən HÜDA PAR partiyasına etiraz edib.

Məlumata görə, "Beşiktaş"lı azarkeşlərin tribunalarda "Hizbullahı parlamentdə istəmirik" şüarı ölkənin siyasi gündəmində böyük rezoans doğurub.

Xatırladaq ki, son turda "Fənərbaxça" - "Trabzonspor" oyunund ada belə siyasi şüarlar səsləndirilib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}