20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Azərsun Holdinq”in rəhbəri yüzə yaxın şəxsi işdən çıxarıb - Səbəb
Tarix: 16-01-2019 11:54 | Bölmə: İqtisadiyyat
“Azərsun Holdinq”in rəhbəri yüzə yaxın şəxsi işdən çıxarıb

Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan “Azərsun Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətində ciddi ixtisarlar aparılıb.

Reyting.az unikal.org-a istinadən xəbər verir ki, şirkətin tabeliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı sorğuya cavab verən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib:

“Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.

Kadr dəyişikliyinə gəlincə, A. Səfərov deyib ki, bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib:
“Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi, müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər