Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib
Tarix: 07-05-2025 12:29 | Bölmə: İqtisadiyyat
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin İKT avadanlıqların və aksesuarların alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.

Satınalmanın dəyəri 274 639 AZN olub(pravda).




Bölməyə aid digər xəbərlər