Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb
Tarix: 09-12-2025 13:11 | Bölmə: İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları və yaxud 17,6 faizartaraq 83,5 milyard ABŞ dollarına çatıb.

Reyting.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

"Bu da milli valyuta ifadəsi ilə 142 milyard manat deməkdir və 2025-ci ildə gözlənilən ümumi daxili məhsuldan (130 milyard manat) 8 milyard manat çoxdur. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur", - deyə o qeyd edib.(Report)





Bölməyə aid digər xəbərlər