Ən zəngin ölkələrin reytinqi açıqlanıb - Siyahı
Tarix: 23-02-2026 20:14 | Bölmə: İqtisadiyyat

Ən zəngin ölkələrin reytinqi açıqlanıb

Ən zəngin ölkələrin reytinqi müəyyən edilib.

Reyting.az "CEOWORLD Magazine" biznes nəşrinə istinadla bildirir ki, yeni reytinq cədvəlindəki ölkələrin yeri nominal iqtisadi həcmə görə deyil, alış qabiliyyəti pariteti üzrə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) göstəricilərinə əsaslanır. Bu göstərici isə əhalinin real həyat səviyyəsini tamamilə dolğun əks etdirir və kiçik ölkələrin də liderlər sırasında yer almasına imkan yaradır.

Araşdırmaya görə, siyahıda 1-ci yeri 143, 3 min dollarla Lüksemburq tutur. Bu ölkəni 139,1 min dollar gəlirlə Lixtenşteyn, 137,6 min dollarla İrlandiya, 133,1 min dollarla Sinqapur və 115,7 min dollarla Monako izləyir.

İlk onluqda yer alan ölkələrin sırasına Qətər (114,2 min), Makao (98,2 min), Bermud adaları (95,8 min) və İsveçrə (89,5 min), 89,0 min dollarla Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Reytinq cədvəlində sonrakı yerlər belə bölüşdürülüb:

Litva 45-ci (49,2 min),

Polşa 47-ci (45,5 min),

Latviya 61-ci (40,9 min),

Rusiya 66-cı (35,3 min),

Belarus 85-ci (24 min),

Gürcüstan 90-cı (22,4 min),

Ermənistan 96-cı (19,7 min),

Moldova 110-cu (16,9 min),

Özbəkistan 143-cü (10,3 min),

Tacikistan 167-ci (5,4 min).

Yeni siyahının sonunda yer alan Cənubi Sudanın göstəricisi 476 dollar, ondan önə çıxan Burundinin isə 890 dollardır. Bir neçə ölkəni üstələməklə, reytinq cədvəlində önə keçib, ötən illərlə müqayisədə irəliləməyi bacaran Mərkəzi Afrika Respublikasında isə adambaşına düşən ÜDM-nin 1109 dollar olduğu bildirilir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər