Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 24-02-2026 12:28 | Bölmə: İqtisadiyyat

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları son oxunuşda qəbul edib.
Reyting.az xəbər verir ki, bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentdə müzakirə edilib.
Diqqətə çatdırılıb ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Məlumat verilib ki, təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçirilə biləcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək