Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 24-02-2026 10:59 | Bölmə: İqtisadiyyat

İsmayıllı Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Camalə Quliyeva və Sənan Babaşovun (hər ikisinin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Camalə Quliyeva 1 il 8 ay 26 gün və Sənan Babaşov isə 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Camalə Quliyeva 2012-2033-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də poçt əməliyyatları üzrə mühəndis vəzifəsində işləyib. O, vəzifəli şəxs kimi əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə ilə üzərinə düşən öhdəliklərə əsasən, ona etibar edilmiş pul vəsaitlərinin və maddi sərvətlərin qorunmasına, uçotunun düzgün aparılmasına və kassaya vaxtında təhvil verilməsinə cavabdeh olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Cəmalə Quliyeva qabaqcadan əlbir olduğu, həmin müəssisənin İsmayıllı rayonunun Kürdmaşı poçt şöbəsinin rəisi vəzifəsində işləmiş Sənan Babaşovlə birlikdə vahid cinayət niyyəti ilə hərəkət edib. Belə ki, 2023-cü ilin mart ayının əvvəlindən avqust ayının sonunadək olan dövrdə onlar lotereya biletləri üzrə uduş məbləğlərinin ödənilməsi prosesində informasiya resurslarından qanunsuz istifadə ediblər.
İttihama əsasən, Kürdmaşı poçt şöbəsində uduşlu lotereya biletlərinin ödənişi zamanı istifadə olunan AKİS (Colvir proqramı) sistemində əvvəlcədən ödənilmiş və ya faktiki uduş məbləği daha az olan biletlər yenidən və ya saxta məbləğlərlə uduşlu kimi qeydiyyata alınıb. Bu yolla sistemə bilə-bilə yalan məlumatlar daxil edilərək kassadan əsassız məxaric rəsmiləşdirilib.
Müxtəlif tarixlərdə çoxsaylı lotereya biletləri üzrə aparılmış bu saxta əməliyyatlar nəticəsində ümumilikdə 25 253 manat məbləğində pul vəsaiti kassadan çıxarılıb. İstintaq materiallarına görə, məxaric edilən vəsaitlər təqsirləndirilən şəxslər arasında bölüşdürülərək şəxsi ehtiyaclara sərf olunub.
Beləliklə, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqelərindən istifadə etməklə, tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etmə yolu ilə vəzifə saxtakarlığı edərək özgə əmlakını mənimsəməkdə təqsirləndiriliblər. Nəticədə “Azərpoçt” MMC-yə xeyli miqdarda maddi ziyan vurulduğu bildirilib/pravda.az.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək