Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Tarix: 19-02-2026 12:21 | Bölmə: İqtisadiyyat

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni Bakı-Laçın müntəzəm avtobus reysi fəaliyyətə başlayır.
Reyting.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.
Fevralın 25-dən fəaliyyətə başlayacaq Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 manat müəyyən edilib.
Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda sərnişinlər Laçına səfər etmək üçün Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysindən istifadə edirlər. Yeni Bakı-Laçın reysi istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın reysi artıq Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri təyin ediləcək.
Bakı-Şuşa müntəzəm avtobus reysi, hazırda olduğu kimi, gündə 2 dəfə həyata keçiriləcək. Belə ki, reys üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Şuşaya saat 07:00 və 11:00, əks istiqamətdə isə 17:00-da və növbəti gün saat 09:00-da yola düşəcək. Məlumat üçün bildirək ki, reyslər üzrə avtobusların Şuşa şəhərindən və digər aralıq məntəqələrdən çıxış vaxtlarında dəyişiklik edilməyib.
Biletləri yalnız onlayn qaydada "biletim.az" portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək