Əhaliyə yararsız qida məhsulları satırlar - Siyahı
Tarix: 18-02-2026 13:32 | Bölmə: İqtisadiyyat

Əhaliyə yararsız qida məhsulları satırlar

Bakının Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, həmçinin Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində istifadə üçün vaxtı keçmiş məhsullar satılır.

Reyting.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Qeyd olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları adıçəkilən obyektlər baxış keçiriblər. Yoxlama zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu da müəyyən edilib.

Baxış zamanı aşkar olunan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.





Bölməyə aid digər xəbərlər