Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
Tarix: 08-07-2016 16:30 | Bölmə: İqtisadiyyat

Bloomberg agentliyi növbəti dəfə manatın zəifləməsi və qarşıdakı problemlərə toxunub.
Reyting.az saytı Fins.az-a istinadən xəbər verir ki, agentliyin hazırladığı məqalədə deyilir ki, enerji resurslarına olan qiymətlərin artımı xammal ixracatçı ölkələrinə müsbət təsir etdiyi şəraitdə, bir pul vahidi axına qarşı üzür:
"Hətta ötənilki iki devalvasiya nəticəsində ümumilikdə 50 faizdən çox ucuzlaşan Azərbaycan manatı hələ də dibi tapmayıb. İyun ayı ilin əvvəlindən etibarən manat üçün ən pis ay olub. Bu ayda neft bazarlarında böhran ən yuxarı həddə idi.
Keçmiş SSRİ ölkələri arasında həcminə görə üçüncü ən böyük neft ixracatçısının valyuta bazarı stabilləşmək bilmir: ölkəyə axan neft dollarları fiziki şəxslərin və bankların ehtiyacını ödəmək üçün kifayət etmir. Maraqlıdır ki, Azərbaycanın Xəzər dənizi üzrə daha böyük qonşuları tamamilə əks problemlə üzləşiblər. Rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatının bərpa sürətini azaldır. Qazaxıstanın Mərkəzi Bankı isə tengenin möhkəmlənməsi fonunda bazardan dollar alır.
«Manatın dayanıqlığının bərpasında əsas maneə əmanətlərin yüksək səviyyəli dollarizasiyasıdır» – ING Groep NV şirkətinin Rusiya və MDB üzrə Moskvada əsas iqtisadçısı Smitriy Polevoy deyib.
Manatın taleyi həmçinin, İran və Venesuela kimi neftdən çox asılı olan ölkələrin çevik valyuta məzənnəsinə keçid riskini göstərir. İran körfəzi ölkələrinə milli valyutalarının dollara bağlılığının aradan qaldırılması təzyiqləri davam etdiyi vaxtda Azərbaycan ötən il manatı sərbəst üzməyə buraxdı, bu da valyuta bazarında təşvişə və manat əmanətlərinin dollara çevrilməsinə gətirib çıxardı.
İyun ayında manat 4 aylıq artımdan sonra dollar qarşısında 3,8 faiz ucuzlaşdı və bu göstəriciyə görə, keçmiş sovet ittifaqı ölkələri valyutaları arasında axırdan ikinci yer tutdu. Rubl isə əksinə, həmin vaxtda 4,3 faiz bahalaşdı. Baxmayaraq ki, neftdə 2009-cu ilin aprel-iyun ayları arasından ən aşağı rüblük artım müşahidə olunub”.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki