20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan Türkiyəyə sərmayə yatıran ölkələr arasında 3-cü yeri tutur
Tarix: 30-08-2019 12:33 | Bölmə: İqtisadiyyat
Azərbaycan Türkiyəyə sərmayə yatıran ölkələr arasında 3-cü yeri tutur

Türkiyə İqtisadi Siyasət Tədqiqat Vəqfinin (TEPAV) açıqladığı məlumatlara görə, Qətər, 2019-cu ilin yanvar-iyun ayları arasında Türkiyəyə sərmayə qoyan xarici sərmayəçilər arasında birinci yeri tutub.

Reyting.az
“Middle East Eye”-a istinadla xəbər verir ki, Türkiyə xarici sərmayə baxımından dünyanın ən rəqabətli bazarlarından birinə çevrilib. Çünki sərmayə hər il artaraq 2019-cu ilin əvvəlində təqribən 12,4 milyard dollara çatıb.

Türkiyə Respublikası Mərkəzi Bankının verdiyi məlumatlara görə, 2019-cu ilin ilk semestrində Türkiyəyə edilən xarici birbaşa investisiyaların ümumi həcmi 3,1 milyard dollar təşkil edib.

Bu investisiyanın təqribən 19,4 faizi Qətərdən, 18,7-i İngiltərədən, 17,5-i Azərbaycandan gəlib. Üç ölkənin Türkiyədəki ümumi xarici sərmayələrdəki payı keçən ilə nisbətən 34,3 faizdən 55,6 faizə yüksəlib.

Qətərin Türkiyəyə birbaşa yatırımlarının ümumi dəyəri 2018-ci ilin eyni dövründəki 85 milyon dollar ilə müqayisədə 601 milyon dollar təşkil edib.

Xatırladaq ki, bir neçə gün əvvəl TEPAV-dan fərqli olaraq, Türkiyənin Cümhuriyyət Xalq Partiyası təkcə Qətərin Türkiyəyə yatırımlarını təxminən 20 milyard dollar qiymətləndirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər