ABB-nin problemli kreditləri 21 faiz təşkil edir - "Fitch"
Tarix: 25-02-2017 13:20 | Bölmə: İqtisadiyyat


Manatın ikinci dəfə devalvasiyaya uğraması və iqtisadi geriləmə Azərbaycanın bank sektorunu daha da zəiflətdi. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Agentlik Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 2016-cı ildə 10 bankın lisenziyasının ləğv olunduğunu xatırladıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılmasına toxunan "Fitch" bildirir ki, 2016-cı ildə bu proses başa çatdırılmayıb.

Agentliyin məlumatına əsasən, ABB-nin kredit portfelində qeyri-işlək (problemli) kreditlərin payı 21% təşkil edir. "Fitch" istisna etmir ki, bu rəqəm də kiçildilib. Bununla yanaşı, məlumatda deyilir ki, dövlət ABB-yə dəstək verməkdə davam edəcək.

Agentliyin mütəxəssisləri hesab edir ki, bank sektorunun dəstəyə ehtiyacı var.

Reyting.az





Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər